Azərbaycan-Moldova parlamentlərarası əlaqələri müzakirə olunub » XeberlerTv.info

Azərbaycan-Moldova parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan-Moldova parlamentlərarası əlaqələri müzakirə olunub

Fevralın 28-i Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldova parlamentinin sədri Zinaida Qreçanıy ilə görüşü keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Moldova ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birlərini dəstəklədikləri qeyd olunub.
Tərəflər Azərbaycan-Moldova parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparıb. Qeyd olunub ki, Moldova parlamentinin sədri Zinaida Qreçanının Bakıya planlaşdırılan rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə təkan verəcək.

29 fev , 2020 15:30


Xəbər lenti