Qırğızıstanda “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı monument ucaldılacaq

medeniyyet

24327

Qırğızıstanda “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı monument ucaldılacaq

Qırğızıstanın Oş şəhərində “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” adlı monument ucaldılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Oş şəhər bələdiyyəsi tender elan edib.
Abidə postament üzərində dəyirmi formada olacaq və burada bütün türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın bayraqları əks ediləcək.
Monument Oş şəhərindəki “Barsbek Kaqan” abidəsinin yaxınlığında ucaldılacaq.
Xatırladırıq ki, Oş şəhəri bu il Türk dünyasının mədəniyyət paytaxtı elan olunub.