Nyu-Yorkda hərraca çıxarılan Klod Monenin rəsmi 110 milyon dollara satılıb

medeniyyet

12879

Nyu-Yorkda hərraca çıxarılan Klod Monenin rəsmi 110 milyon dollara satılıb
Məşhur fransız rəssamı, impressionizm üslubunda əsərlər yaradan Klod Monenin rəsmi Nyu-Yorkda “Sotheby's” hərracında rekord qiymətə, 110,7 milyon dollara satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı hərrac evinin rəsmi saytı yayıb.
“Ot tayası” seriyasından olan əsər, Normandiyada rəssamın yaşadığı evinin yanında, 1890-cı ildə çəkilib.
Qeyd edək ki, məlumatda rəsmin yeni sahibinin adı göstərilmir.