“Artım” layihə məkanında küçə incəsənəti haqqında məlumat veriləcək

medeniyyet

15741

“Artım” layihə məkanında küçə incəsənəti haqqında məlumat veriləcək
Mayın 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında keçiriləcək “De/Konstruksiya” müzakirələri çərçivəsində küçə incəsənəti sahəsində fəaliyyət göstərən rəssam Füzuli Əliyev ilə görüş keçiləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəssam öz yaradıcılıq fəaliyyəti və təcrübəsindən bəhs edəcək.
Rəssamın əsərləri kalliqrafiya və qrafiti sənəti arasında yer alan unikal bədii dildə ictimai və fərdi mövzuları araşdırır. O, küçəni yaradıcılıq imkanları üçün ən əlverişli “qalereya” kimi təsvir edir. Onun fikrincə, “gözəllik günəşə əlçatan olmalıdır”.
“De/Konstruksiya” – “Artım”da sərgilərin montaj və demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.