Yeni mövsümə teatrlar necə başladı? - Siyahı

medeniyyet

71809

Yeni mövsümə teatrlar necə başladı? - Siyahı
Ölkəmizdə fəaliyyət göstərən teatrlar sentyabr ayının əvvəlindən etibarən yeni mövsümün açılışını edib.

Xəbərlərtv bildirir ki, Kult.az-ın xəbərinə görə, Musiqili Dram Teatrı sentyabrın 22-də 109-cu mövsümün açılışını Üzeyir Hacıbəylinin "Arşın, mal alan" operettası ilə edib.Ölkəmizdə fəaliyyət göstərən teatrlar sentyabr ayının əvvəlindən etibarən yeni mövsümün açılışını edib.

Kult.az xəbər verir ki, Musiqili Dram Teatrı sentyabrın 22-də 109-cu mövsümün açılışını Üzeyir Hacıbəylinin "Arşın, mal alan" operettası ilə edib.

Azərbaycan Dövlət YUĞ Teatrı da mövsümü sentyabrın 22-də Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə açıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 110-cu yubiley mövsümünün açılışı sentyabrın 19-da baş tutub. Həmin gün Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını səhnələşdirilib.

Digər teatrlarımız isə sentyabrın 15-dən öz qapılarını tamaşaçıların üzünə açıb. Belə ki, Akademik Milli Dram Teatrı 146-cı teatr mövsümünə İlyas Əfəndiyevin “Qarabağnamə”, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümə “Əlibaba və qırx quldur”, Azərbaycan Dövlət Pantomim Teatrı 26-cı mövsümə A.P.Çexovun əsəri əsasında hazırlanmış "İt gəzdirən xanım", Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünə şair-dramaturq İftixarın “Soyqırım tarixinin dastanı”, Səməd Vurğun adına Rus Dram teatrı yeni mövsümə Anarın “Təhminə və Zaur” əsəri əsasında hazırlanmış “Yuxularımdan get” adlı tamaşa ilə start verib.