Kukla Teatrı yeni mövsümü Bilik Günü açacaq

medeniyyet

71588

Kukla Teatrı yeni mövsümü Bilik Günü açacaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də 87-ci mövsümə start verəcək.

Xəbərlərtv Kult.az-a istinadən xəbər verir ki, kollektiv yeni mövsümü “Əlibaba və qırx quldur” tamaşası ilə açacaq. İki seansda (12:00 və 14:00) nümayiş olunacaq tamaşanın səhnələşdirmə və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edəcəklər.

Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan (saat 16:00) “Şəngülüm, Məngülüm”ü də izləyə biləcəklər.