"Qarabağ – mədəniyyətimizin beşiyi": Hacı Ələkbər məscidi » XeberlerTv.info

"Qarabağ – mədəniyyətimizin beşiyi": Hacı Ələkbər məscidi

 

 

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə "Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb.

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

 

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.



8 dek , 2020 10:04


Xəbər lenti