Azərbaycan Milli Kitabxanası metodik tövsiyələrini onlayn rejimdə təqdim edir

medeniyyet

32913

Azərbaycan Milli Kitabxanası metodik tövsiyələrini onlayn rejimdə təqdim edir

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Evim yeni iş yerim” layihəsinə qoşulan Milli Kitabxananın kollektivi də öz evlərini iş yerinə çevirərək onlayn rejimdə bütün xidmətlərini davam etdirməkdədir.
AZƏRTAC xəbər verir ki, kitabxana çoxlu sayda xidmətlərlə yanaşı, əməkdaşların hazırladıqları metodik tövsiyələri də onlayn rejimdə təqdim etməyə başlayır.
Belə ki, Milli Kitabxana hazırladığı “Nəriman Nərimanov - 150” http://anl.az/down/N.Nerimanov-150.pdf adlı ilk virtual metodik vəsaiti onlayn rejimdə kitabxanaçılara və oxuculara təqdim edir.