Neftçala rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək proqnozlaşdırılan 40 min 500 hektar sahənin 35 min 570 hektarında şum gedib,

iqtisadiyyat / bolge

80136

 Neftçala rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək proqnozlaşdırılan 40 min 500 hektar sahənin 35 min 570 hektarında şum gedib,


Son illər aqrar sahədə görülən işlər yüksək nəticə əldə etməyə səbəb olur. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqəti, mühüm və humanist addımları nəticəsində məhsuldarlıq ilbəil artır. Strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi də bu qəbildəndir. Neftçalada da bu qayğı və diqqətdən kənarda qalmayıb. Fermerlərə Nefçala rayon dövlət aqrar inkşaf mərkəzi yaxından kömək edir.


Nefçala rayon Dövlət aqrar inkşaf mərkəzindən məlumat verildi ki Ötən Neftçalada 39 min 386 hektar sahədə taxıl əkini aparılmışdı. Bunun 31404 hektar sahəsində arpa, 7982 hektar sahədə isə buğda əkilərək, torpağa vaxtında müxtəlif aqrotexniki qulluq göstərilmişdi. Bunun nəticəsi olaraq bu il sahələrdən ümumilikdə 111 min 603 ton məhsul yığıldı. Rayonun fərdi fermer təsərrüfatlarında artıq gələn il üçün şum işlərinə start verilib. Fermerlər optimal sürətdə işləri başa vurmaq üçün var gücü ilə işləyir. Xolqaraqaşlı kəndində bu işlər daha intensiv şəkildə aparılır. Hətta məhsulun bolluğuna sevinən fermerlər bu il əkin sahələrini artırıb.
Neftçalanın Xolqaraqaşlı kəndində bir neçə sahələrdə isə artıq şum işləri yekunlaşıb, səpin işlərinə başlanılıb. Bütün fermerlər lazım olan texnikalarla təmin edilib.


Ümumilikdə Neftçala rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək proqnozlaşdırılan 40 min 500 hektar sahənin 35 min 570 hektarında şum gedib, 27 min 832 hektar sahədə isə səpin aparılıb. Hazırda hər iki proses sürətlə davam etdirilir. Bunun üçün hər gün sahələrə 85 ədəd şum və səpin aqreqatı çıxarılır.


 Neftçala rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək proqnozlaşdırılan 40 min 500 hektar sahənin 35 min 570 hektarında şum gedib,
 Neftçala rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək proqnozlaşdırılan 40 min 500 hektar sahənin 35 min 570 hektarında şum gedib,
Səmil Şahlar oğlu Quliyev