Sabahdan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli marşrut xətti üzrə istifadəyə veriləcək

iqtisadiyyat

58671

Sabahdan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli marşrut xətti üzrə istifadəyə veriləcək

Noyabrın 30-dan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb. Təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BMC Procity” markalı avtobusların bir qismi ilk olaraq noyabrın 30-dan 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki bu xətt üzrə avtobusların hərəkəti 28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən çox sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də kartın balansının artırılmasını asanlaşdırmaq məqsədilə qəsəbə ərazisində terminallar quraşdırılıb.
Marşrut xəttindəki yeniliklə əlaqədar, Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin IDEA İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub. Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sagirdləri çatdırıb. Yeni avtobusların qəsəbəyə gəlişi bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Heydər Əliyev Parkının qarşısındakı meydana toplaşan sakinlər son illər ictimai nəqliyyatda həyata keçirilən yeniliklərin vətəndaşların rahatlığı baxımından əhəmiyyətli olduğunu bildiriblər. Bütün bunların dövlət başçısının diqqət və qayğısı sayəsində reallaşdığını vurğulayıblar.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sagirdlər üçün IDEA heyvanlara qayğı mərkəzinə tanışlıq turu təşkil edilib. Mərkəzin fəaliyyəti ilə tanış olan uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda davranışla bağlı təlim də keçirilib. Həmçinin Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri tədbirdə iştirak edərək uşaqlara dəstək olub və onları məlumatlandırıblar.
125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlar şəxsi nəqliyyat vasitəsilə deyil məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töhfə vermiş olacaqlar.
Sabahdan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli marşrut xətti üzrə istifadəyə veriləcək
Sabahdan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli marşrut xətti üzrə istifadəyə veriləcək
Sabahdan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli marşrut xətti üzrə istifadəyə veriləcək