Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

iqtisadiyyat

34344

Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, avqustun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 681,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 11 milyard 112,7 milyon manatı və ya 81,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 487,4 milyon manat olub və ümumi kredit portfelinin 10,9 faizini təşkil edib.