Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

iqtisadiyyat

25758

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycan cari ilin yanvar-avqust aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda ölkəyə ən çox Rusiya, İsveçrə və Türkiyədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 370 milyon 395 min ABŞ dolları, İsveçrədən 1 milyard 195 milyon 356 min dollar, Türkiyədən isə 974 milyon 996 min dollar olub.