Bu ilin ilk yarısında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən 1,7 mlrd. dollar sərmayə cəlb olunub

iqtisadiyyat

38637

Bu ilin ilk yarısında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən 1,7 mlrd. dollar sərmayə cəlb olunub


Bu ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,7 mlrd. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86,2% olub.

Hesabat dövründə tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (328,3 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (1 724,2 mln. dollar) kapitalın repatriasiyası (1 395,9 mln. dollar) arasındakı fərqdən formalaşıb.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237,4 mln. dollar olub.

xeberlertv.info