Bal yarmarkasında süni qiymət artımına yol verilməyəcəkt4

iqtisadiyyat

18603

Bal yarmarkasında süni qiymət artımına yol verilməyəcəkt4

Sentyabrın 28-dən fəaliyyət göstərəcək bal yarmarkasında qiyməti bazar özü tənzimləyəcək. Bununla belə, balın qiyməti təqribən 20-25 manat civarında olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr edilən mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Vurğulanıb ki, süni şəkildə qiymət artımına yol verilməyəcək və bu məsələyə nəzarət olunacaq.
Bundan başqa, hər bir arıçı ilə öhdəliklər və vəzifələrlə bağlı xüsusi müqavilə bağlanacaq. Müqavilədə nizam-intizam qaydaları, qiymətlərlə bağlı sui-istifadə hallarının qarşısının alınması kimi bütün məqamlar qeyd ediləcək.