“Azərbaycan Sənaye Sığorta”nın sədri dəyişib

iqtisadiyyat

30051

“Azərbaycan Sənaye Sığorta”nın sədri dəyişib

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Kamran Babayev vəzifəsini tərk edib.

Xeberlertv.info bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, onu Orxan Əfəndiyev əvəz edib. O, bundan əvvəl “A-Qrup Sığorta” ASC-nin İH-nin sədr müavini olub.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.