Azərbaycanın 3 rayonunda qaz təchizatı dayandırılıb

iqtisadiyyat

18603

Azərbaycanın 3 rayonunda qaz təchizatı dayandırılıb

Bu gün saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Xeberlertv.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat verilib.

Bundan başqa, bu gün saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı məhdudlaşdırılıb.