"2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik qəbul edilib

iqtisadiyyat

15741

"2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik qəbul edilib
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır.
Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.