Türkiyə Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsidir » XeberlerTv.info

Türkiyə Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsidir

Türkiyə Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsidir

İyulun 8-11-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək 10-cu “İnnoprom” Beynəlxalq Sənaye Sərgisinin builki tərəfdaş ölkəsi Türkiyədir.
AZƏRTAC xəbər verir ki, bu il sərgi “Rəqəmsal istehsal” mövzusuna həsr ediləcək. Trəfdaş ölkə kimi Türkiyə 3 min kvadrat metr sahədə milli ekspozisiyasını yerləşdirəcək. Sərgi çərçivəsində Rusiya-Türkiyə sənaye forumu və Türkiyə mətbəxindən ibarət qastronomik festival nəzərdə tutulub.
Qeyd edək ki, sərgidə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub. Nümayəndə heyətinin tərkibinə iri dövlət müəssisələrinin və özəl şirkətlərin təmsilçilərinin daxil olacağı bildirilir.

28 in , 2019 17:00


Xəbər lenti