Neftin qiyməti bahalaşır

iqtisadiyyat

35775

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 62,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 52,51 dollar təşkil edib.