Ölkədə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsal gücü 1276 meqavatdır

iqtisadiyyat

14310

Ölkədə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsal gücü 1276 meqavatdır

Azərbaycanda hazırda iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsal gücü 1276 meqavatdır ki, bu da ümumi elektrik enerjisinin istehsal gücünün 18 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunun 1135 meqavatı hidroenerjinin, 66 meqavatı külək enerjisinin, 37 meqavatı günəş enerjisinin, 38 meqavatı bioenerjinin payına düşür.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesablamalarına görə, keçən il dünyada bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış güc 2017-ci illə müqayisədə 7,86 faiz artaraq 2350,756 GVt olub.