Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

iqtisadiyyat

10017

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,30% – 26 062,68 bəndədək, S&P 500 0,47% – 2 886,73 bəndədək, Nasdaq isə 1,05% – 7 823,17 bəndədək yüksəlib.

APA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 10-da FTSE 100 indeksi 0,59% – 7 375,54 bəndədək, Almaniya DAX-ı 0,77% – 12 045,38 bəndədək, Fransa CAC-40 isə 0,34% – 5 382,50 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% artaraq 1 332,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% artaraq 1,1317 dollar təşkil edib.