Nazir: Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq

iqtisadiyyat

34344

Nazir: Azərbaycanda innovativ transfer mərkəzləri yaradılacaq

Azərbaycan startapları artıq beynəlxalq bazarlara çıxış əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu”ndakı çıxışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
R.Quluzadə bildirib ki, Azərbaycanda innovativ transfer mərkəzləri yarasılacaq: “Mingəçevir Texnologiyalar parkının rezidenti "Hightech Invest" şirkəti artıq "Acer" komputerlərinin istehsalına başlayıb. Ölkə başçısının Azərbaycanda innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyalı işin təmin edilməsinə dair Sərəncamı proseslərin daha da sürətlənməsinə təkan verdi. Sərəncamda bir sıra mühüm tapşırıqlar verilib. Biz bu vəzifələrin icrasını təmin etmək üçün fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Birincisi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına köməklik göstərməkdir. Bu məqsədlə texnoloji transfer məkrəzləri yaradılacaq və sahibkarlara müvafiq xidmətlər təqdim olunacaq. İkinci istiqamət müvafiq dəstək mexanizmlərinin tətbiq edilməsidir. Burada innovativ layihələrə, o cümlədən startaplara güzəştli kredit verilməsi nəzərdə tutulub. Artıq nazirlik bu istiqamətdə bir neçə ildir fəaliyyət göstərir. Bu müddətdə startaplara 117 qrant, 16 sahibkarlıq subyektinə isə güzəştli kreditlər verilib. Dəstəyimiz bundan sonra da davam edəcək. Üçüncü istiqamət isə innovativ sahibkarlığın təbliğidir. Artıq bu istiqamətdə də bir sıra addımlar atılıb. Bundan əlavə, biz I2B layihəsi çərçivəsində sahibkarların biznesə dəstək verməsini istəyirik”.