Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

iqtisadiyyat

22896

Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,66 ABŞ dolları və yaxud 0,88% azalıb.

Xeberlertv.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,20 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.