Azərbaycan və Meksika arasında ticarət həcmi 26 mln. dolları ötüb

iqtisadiyyat

18603

Azərbaycan və Meksika arasında ticarət həcmi 26 mln. dolları ötüb
Meksika-Azərbaycan münasibətlərini möhkəmləndirmək və hər iki xalqı yaxınlaşdırmaq üçün səylər, həmçinin Səfirlik tərəfindən görülən işlərdən danışmaq üçün mayın 21-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mətbuat konfransı keçirib.

Xeberlertv.info xəbər verir ki, sözügedən tədbir ərzində, diplomat ticarət, turizm və mədəniyyət daxil olmaqla, çoxsaylı sahələr üzrə ikitərəfli əlaqələrdə dinamikanı vurğulayıb.

Hər iki ölkənin qanunverici orqanlarının nümayəndələri, dövlət qulluqçuları və iş adamları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, ticarət dinamikası özünü ticari missiyalarının səfərlərində əks etdirir, belə ki, Meksikadan Azərbaycana üç, Azərbaycandan Meksikaya isə bir ticari missiya səfər edib. İstehsalçı, idxalçı və distribütorlar arasında əlaqələrin qurulmasına və inkişaf olunmasına nail olan bu missiyalar adıçəkilən sektorda hər iki ölkənin əməkdaşlığına təkan verdilər.

İki xalqın yaxınlaşmasında fundamental element olan mədəniyyət sahəsində, bu Diplomatik Nümayəndəlik mədəni təşviqə dair işləri davam etdirdi, bu isə özünü ölkə paytaxtında və regionlarda baş tutan mədəni tədbir və fəaliyyətlərin sayının artmasında əks etdirdi. Beləliklə, Azərbaycan publikası – yalnız Bakı tamaşaçısı deyil, eyni zamanda, ölkənin müxtəlif regionalarının sakinləri - Meksikanın musiqisi, rəqsləri, rəssamlığı, heykəltəraşlığı, teatrı, mətbəxi və kinematoqrafiyasının zənginlikləri ilə tanış olmaq imkanında oldu.

Hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına təsir edən digər sektor turizm oldu. Artan qarşılıqlı tanıtım əsasında hər iki ölkəni ziyarət və kəşf etmək istəyi yarandı. Nəticədə, həm Meksikada azərbaycanlı turistlərin, həm də Azərbaycanda meksikalı turistlərin sayı artdı. Növbəti qrafiklərdə müvafiq göstəricilər təqdim olunur:

Azərbaycan və Meksika arasında ticarət həcmi 26 mln. dolları ötüb

Eyni şəkildə artmış ikitərəfli ticarət 2018-ci ildə rekord rəqəmlərə çatıb – 26 milyon dollardan çox. Həmçinin, Meksika məhsullarının Azərbaycan bazarında iştirakı artıb. Azərbaycanın idxal etdiyi əsas Meksika məhsulları bunlardır: neft sənayesində istifadə olunan borular və alətlər, nəqliyyat vasitələr, pivə və s.

Konfransın sonunda, səfir Labardini yerli mətbuatda ikitərəfli münasibətlərin təşviqi işinə görə jurnalistlərə təşəkkürünü bildirib.