Qlobal enerji investisiyaları yenidən artıb

iqtisadiyyat

12879

Qlobal enerji investisiyaları yenidən artıb
Qlobal enerji investisiyaları 2018-ci ildə əvvəlki ilə görə 1 milyard dollar artaraq 1 trilyon 847 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları 2019” adlı hesabatında deyilir.
IEA-ya görə, qlobal enerji investisiyaları 3 illik azalmadan sonra keçən il 1 milyard dollar artıb.
“2018-ci ildə neft, təbii qaz və kömür tədarükü üzrə artan xərclər, fosil yanacağa əsaslanan elektrik enerjisi istehsalı və bərpaolunan enerji mənbələrinə dair məsrəflərin azalması nəticəsində tarazlaşıb”, - deyə hesabatda bildirilir.