Metro stansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib

iqtisadiyyat

91584

Metro stansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib
Metro stansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda “Qara Qarayev” metro stansiyasında ventilyatorun quraşdırılmasına başlanılıb: “Digər ventilyatorlar isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digərləri isə "Nizami" metro stansiyasında və stansiyaya yaxın tuneldə quraşdırılacaq”.