Mərkəzi Bank: Aktiv plastik kartların sayı 6 milyon yarıma çatır

iqtisadiyyat

64398

Mərkəzi Bank: Aktiv plastik kartların sayı 6 milyon yarıma çatırÖtən ilin noyabr ayında bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.

xeberlertv.info Mərkəzi Banka istinadən xəbər verir ki, bu müddətdə sosial kartların sayı 2 milyon 532 min, əməkhaqqı kartları 2 milyon 41 min, digər kartlar 1 milyon 69 min və kredit kartlarının sayı 835 min ədəd olub.

Qeyd edək ki, son bir ildə bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 704 min ədəd artıb.