Azərbaycanda "Elektroenergetika haqqında” qanun layihəsi yoxlanmağa verilib

iqtisadiyyat

47470

Azərbaycanda "Elektroenergetika haqqında” qanun layihəsi yoxlanmağa verilib
"Azərbaycanda “Elektroenergetika haqqında” qanun layihəsi artıq hazırdır və yoxlanmağa verilib. Hazırda onun qəbul edilməsi prosesi gedir”.

Xəbərlərtv xəbər verir ki, “Report”un məlumatına görə, bunu Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin sədri Samir Axundov jurnalistlərə açıqlamasında bildirib.

Sədrin sözlərinə görə, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üzərində də iş gedir: “Hazırda aidiyyəti qurumlarla bu qanuna baxılır. Həmçinin “Qaz təchizatı haqqında” qanunun da yenidən işlənilməsi nəzərdə tutulub. 2-ci səviyyəli hüquqi aktlar haqqında ölkə başçısının fərmanı olub”.