Neft Fondu iki milyard manata yaxın mənfəət əldə edib

iqtisadiyyat

71602

Neft Fondu iki milyard manata yaxın mənfəət əldə edib
2017-ci ildə Dövlət Neft Fondunun cəmi öhdəlikləri 545,415 mln. manat, xalis mənfəəti 1 milyard 999 milyon 323 min manat təşkil edib. Hansı ki, 2016-cı ildə bu rəqəm müvafiq olaraq 522,676 milyon manat, eləcə də, 6 milyard 785 milyon 123 min manat olub.
Xəbələrtv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “PWC-Azerbaijan” MMC tərəfindən auditi aparılmış Dövlət Neft Fondunun 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatında bildirilib.

Məlum olub ki, ötən il fondun öhdəlikləri 4,3 faiz artıb, mənfəəti 3,4 dəfə azalıb.

Hesabat dövründə fondun cəmi əməliyyat gəliri 2 milyard 87 milyon 495 min manat, faiz və sair investisiya gəliri 977,101 milyon manat, xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis gəliri 744,033 milyon manat, qızıl külçələr üzrə xalis gəlir 168,743 milyon manat, icarə gəliri 92,063 milyon manat təşkil edib.

2016-cı il üzrə göstəricilərin təhlili göstərir ki, 2017-ci ildə Dövlət Neft Fondunun cəmi əməliyyat gəliri 3,3 dəfə, faiz və sair investisiya gəliri 2,9 faiz, xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis gəliri 7,2 dəfə azalıb.

Qeyd edək ki, 2017-ci ildə 2016-cı illə müqayisədə ARDNF-nin kapitalı 4 faizə qədər artaraq, 60 milyard 526 milyon 993 min manat təşkil edib.