"Kapital Bank" bu il üçün gəlir və xərc proqnozunu açıqlayıb

iqtisadiyyat

230494

"Kapital Bank" bu il üçün gəlir və xərc proqnozunu açıqlayıb
"Kapital Bank" ASC-nin bu il üçün gəlir və xərc proqnozu açıqlanıb.



Xəbərlərtv Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, bank bu il üçün 273,370 mln. manat faiz gəliri, 80,452 mln. manat faiz xərcinin olacağını proqnozlaşdırır.

"Kapital Bank"ın proqnozlarına görə, bu il əməliyyat mənfəəti 148,657 mln. manat təşkil edəcək. Bank bu ili 93,121 mln. manat mənfəətlə başa vurmağı proqnozlaşdırır