Güləş üzrə Azərbaycan çempionatı davam edir

idman

37206

Güləş üzrə Azərbaycan çempionatı davam edir

“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə - dekabrın 5-də sərbəst güləş növündə 10 çəki dərəcəsi üzrə pəhləvanlar xalça üzərinə çıxacaq və finalçılar müəyyənləşəcək, eləcə də təsəlliverici qarşılaşmalar keçiriləcək.
Dekabrın 6-sı axşam seansında həlledici görüşlər baş tutacaq və medalçılar bəlli olacaq.
Yarışın ikinci gününün axşam seansında, həmçinin yunan-Roma güləşi üzrə final görüşləri baş tutacaq.
Qeyd edək ki, çempionatın açılış mərasimi dekabrın 5-də 17:00-da start götürəcək. Yarışa dekabrın 6-da yekun vurulacaq.