İdman gimnastlarımız Polşada uğurla çıxış ediblər

idman

14310

İdman gimnastlarımız Polşada uğurla çıxış ediblər

Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə iştirak ediblər.
Qızlar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən M.Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. Bu yaş kateqoriyasında iştirak edən daha bir gimnast N.Teymurova isə yarışı 11-ci yerdə bitirib.
Daha bir medalı yeniyetmələr arasında çıxış edən M.Musayeva qazanıb. O, 52,267 balla çoxnövçülükdə üçüncü olub. Onunla eyni qrupda çıxış edən D.Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.