Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək

idman

12879

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək

Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək tur Qəbələ şəhər stadionunda “Qəbələ”–“Zirə” oyunu ilə başlayacaq. Saat 15:00-da keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci görüşü “ASCO Arena”da təşkil olunacaq. “Keşlə” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Saat 17:00-da oynanılacaq matça Səbuhi Bayramov hakimlik edəcək.
Turun üçüncü görüşü dekabrın 1-də oynanılacaq. “Səbail” “Neftçi”ni qonaq edəcək. “ASCO Arena” stadionunda Orxan Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.
Turun son qarşılaşmasında “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On iki turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 21 xalı olan “Neftçi” ikinci, 19 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (17), “Zirə” (14), “Sabah” (13), “Səbail” (11) və “Qəbələ” (9) yer alıblar.