Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi - YENİLƏNİB + VİDEO

idman

34344

Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi - YENİLƏNİB + VİDEO


Lüksemburqun İdman naziri Qarabağın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib.

O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib.


23:48
Avropa Liqasının "F91 Düdelanj" - "Qarabağ" oyunu yarımçıq dayandırılıb.

Xeberlertv.com xəbər verir ki, 30-cu dəqiqədə "Qarabağ" hesabı 2:0 etdikdən sonra qondarma Dağlıq Qarabağın bayrağı stadiona dronla qaldırılıb.

Başda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev olmaqla Ağdam komandası bu hərəkətə etiraz edib.

Nəticədə görüşün baş hakimi futbolçuları soyunub geyinmə otağına yollayıb. Hazırda matç təxirə salınıb.

Bu hərəkətə görə Lüksemburq klubunun UEFA tərəfindən cəzalandırılacağı dəqiqdir.


[media=]