Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək

idman

27189

Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək

Sentyabrın 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar arasında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Gün ərzində keçiriləcək oyunlar aşağıdakılardır:
E qrupu:
“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə),
“Zaltsburq” (Avstriya) - “Genk” (Belçika).
F qrupu:
“İnter” (İtaliya) - “Slaviya Praqa” (Çexiya),
“Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya).
G qrupu:
“Lion” (Fransa) - “Zenit” (Rusiya),
“Benfika” (Portuqaliya) – “Leypziq” (Almaniya).
H qrupu:
“Çelsi” (İngiltərə) - “Valensiya” (İspaniya),
“Ayaks” (Hollandiya) - “Lill” (Fransa).
A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.