Rafael Nadal dördüncü dəfə “US Open” turnirinin qalibi olub

idman

20034

Rafael Nadal dördüncü dəfə “US Open” turnirinin qalibi olub

Sentyabrın 9-da “Böyük dəbilqə” seriyasından olan “US Open – 2019” turnirinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, ispaniyalı Rafael Nadal olub. O, finalda rusiyalı tennisçi Danilo Medvedevi 5:7, 3:6, 7:5, 6:4, 4:6 hesabı ilə məğlub edərək karyerasında dördüncü dəfə “US Open” turnirinin qalibi olub.

Qeyd edək ki, Nadal yarımfinalda Matteo Berettini (İtaliya) 7:6 (8:6), 6:4, 6:1, Danilo Medvedev isə Bolqarıstan təmsilçisi Qriqor Dimitrovu 7:6 (7:5), 6:4, 6:3 mübarizədən kənarlaşdırıb.

xeberlertv.info