Bədii gimnastlarımız “Challenge” seriyasına aid dünya kuboku yarışlarında 3 medal qazanıblar

idman

17172

Bədii gimnastlarımız “Challenge” seriyasına aid dünya kuboku yarışlarında 3 medal qazanıblar

Rumıniyanın Kluj şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki,
Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət qrup hərəkətləri komandamız çoxnövçülük proqramında 49.950 xalla gümüş medal qazanıb.
Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Komandamız ikinci gümüş medalı 5 topla çıxışına əldə edib (26.100). Gimnastlarımız gürzlər və halqa ilə icra etdikləri kompozisiya görə, hakimlərdən 24,650 xal alıb və turnirin bürünc medalını qazanıblar.
Fərdi proqramda çıxış edən gimnastlarımızdan isə ən yaxşı nəticə Zöhrə Ağamirovaya aid olub. Belə ki, gimnastımız topla final çıxışına görə 19.800 xalla 7-ci yerdə qərarlaşıb.