Premyer Liqa: "Zirə" "Neftçi"ni qəbul edəcək

idman

18603

Premyer Liqa: "Zirə" "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.

Xeberlertv.info-nun məlumatına görə, "Zirə" komandası evdə "Neftçi"ni qəbul edəcək. FİFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 21:00-da başlanacaq.

Hər iki kollektiv çempionata qələbəsiz start verib. "Zirə" səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzubsa, "Neftçi" evdə "Sabah"la heç-heçə edib - 1:1.

Azərbaycan Premyer Liqası, II tur

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.