Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır

idman

15741

Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır

Güllə atıcılığı üzrə Paralimpiya milli komandamız dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplanışı keçirir.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi sentyabrın 3-dək davam edəcək.
Toplanış oktyabrda Avstraliyanın Sidney şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verəcək.