WADA Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb

idman

22896

WADA Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb

Dünya Antidopinq Agentliyi (WADA) Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb. Bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar WADA nümayəndə heyətinin bu ölkəyə səfərindən sonra qəbul edilib. Hindistanın antidopinq laboratoriyasını Laboratoriyalar üzrə Beynəlxalq Standartlara (ISL) cavab vermədiyi üçün cəzalandırıblar. Bu ölkədə laboratoriyanın yoxlanılmasına mayda başlanılıb və müvafiq sanksiya avqustun 20-dən qüvvəyə minib. Laboratoriyaya bu sahədə hər hansı fəaliyyətlərin həyata keçirilməsi , o cümlədən analizlərin toplanması qadağan edilib.
Qeyd olunur ki, Hindistan tərəfi WADA-nın qərarından 21 gün müddətində İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Əgər Hindistanın antidopinq laboratoriyası altı ay müddətində göstərilən nöqsanları aradan qaldırmazsa, o zaman onu daha yarım il ərzində kənarlaşdıra bilərlər.