Sərbəst və yunan-Roma güləşçilərimiz Gürcüstanda Qran-Pri turnirində iştirak edəcəklər

idman

22896

Sərbəst və yunan-Roma güləşçilərimiz Gürcüstanda Qran-Pri turnirində iştirak edəcəklər

Avqustun 7-dən 10-dək Tbilisidə Vaxtanq Balavadzenin və Givi Kartoziyanın xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri keçiriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmizi hər iki yığmamızın üzvləri təmsil edəcəklər. Sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi 70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaqlar.
Yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Rövşən Bayramovun və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə uğur qazanmağa çalışacaqlar. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.
Qran-Pridə beynəlxalq dərəcəli hakim Həbib Nurulu qarşılaşmaların idarə olunmasında iştirak edəcək.