Ankarada uşu üzrə açıq Balkan çempionatına start verilib

idman

21465

Ankarada uşu üzrə açıq Balkan çempionatına start verilib

İyulun 31-də Ankarada uşu üzrə açıq Balkan çempionatına start verilib.
Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi çempionatda 20 idmançı təmsil edir.
Azərbaycan, Türkiyə, İran, Yunanıstan, İtaliya və Əlcəzair kimi güclü komandaların iştirak etdiyi çempionatda ümumilikdə 10 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparır.