“Mançester Yunayted” Yumtitini “Barsa”dan almaq istəyir

idman

20034

“Mançester Yunayted” Yumtitini “Barsa”dan almaq istəyir
“Mançester Yunayted” “Braselona”nın fransız müdafiəçisi Samuel Yumtitiyə maraq göstərir.
AZƏRTAC xəbər verir ki, İngiltərə klubu Yumtitiyə görə təqribən 50 milyon avro ödəməyə hazırdır. “Mançester Yunayted” fransızın namizədliyini “Lester Siti”nin müdafiəçisi Harri Maquayra alternativ olaraq nəzərdən keçirir. “Lester Siti” klubu H.Maquayra görə 100 milyon avro tələb edir. Bundan əlavə, “Mançester Yunayted”in Kot-d`ivuarlı müdafiəçi Erik Beyi zədələndiyinə görə uzun müddətə sıradan çıxıb.
Yumtiti “Barselona”ya 2016-cı ilin yayında “Lion”dan keçib. Transferin məbləği 25 milyon avroya bərabər olub. Ötən mövsümdə 25 yaşlı fransız bir neçə zədə aldığına görə İspaniya çempionatının cəmi 14 matçında iştirak edib və bir səmərəli ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.