FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının oyununa təyinat alıb

idman

15741

FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının oyununa təyinat alıb

FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
R.Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.
Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.