Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışı keçirlər

idman

22896

Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışı keçirlər

Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası Yaponiyanın Komatsu şəhərində təlim-məşq toplanışına başlayıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz yerli komanda ilə birgə məşq edir. Məşqçilər Arif Abdullayevin və Nazim Əlicanovun rəhbərliyi ilə keçən təlim-məşq toplanışına İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılıblar.
Gənc sərbəst güləşçilərimizin Yaponiyadakı hazırlığı iyulun 17-dək davam edəcək.