Futbol üzrə paytaxt çempionatına yekun vurulub

idman

57240

Futbol üzrə paytaxt çempionatına yekun vurulub

Paytaxtın stadionlarında keçirilən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda 14 komanda iştirak edib. Final oyununda “Turan Bakı-2” komandasını 1:0 hesabı ilə məğlub edən “Xəzri” çempionatın qalibi adını qazanıb. Üçüncü yer uğrunda görüşdə isə “Zenit” komandası “İnam-2”yə qalib gəlib.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən kubok, xatirə hədiyyələri və diplomlarla təltif edilib.