Azərbaycan yığması Böyük Britaniyaya da uduzub

idman

11448

Azərbaycan yığması Böyük Britaniyaya da uduzub

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatında III turun oyunları keçirilib.

APA-nın məlumatına görə, Tbilisidə baş tutan yarışda Azərbaycan yığması Böyük Britaniya millisi ilə üz-üzə gəlib.

A qrupunda yer alan həndbolçularımız bu dəfə də məğlub olublar. İlk hissəni 5 top geridə (15:20) bitirən komandamız yekunda 1 top fərqilə uduzub – 35:36.

Bu məğlubiyyətdən sonra təmsilçimiz turnir cədvəlində 5-ci pilləyə enib.

A qrupu
III tur
Azərbaycan – Böyük Britaniya – 35:36
Kolumbiya – Kuba – 24:31
Hindistan – Çin – 29:40

Qeyd edək ki, bunadək Hindistana qalib gəlib, Kolumbiyaya məğlub olan yığmamız növbəti turda Kuba ilə qarşılaşacağıq.

B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparırlar. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.