Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının növbəti ulduz səfiri müəyyənləşib

idman

78705

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının növbəti ulduz səfiri müəyyənləşib
Azərbaycanın Əməkdar artisti, müğənni Miri Yusif sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqi və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bununla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv tədbirlər də keçiriləcək.

Dünya çempionatının daha bir səfiri dəfələrlə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir apreldə paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə dünya kubokunun yarışlarını böyük maraqla izləyiblər.