Həzi Aslanovun xatirəsinə həsr olunan cüdo turniri başa çatıb

idman

75843

Həzi Aslanovun xatirəsinə həsr olunan cüdo turniri başa çatıb
Bakı İdman Sarayında 2 dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turniri başa çatıb.

Xeberlertv.info xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda 7 ölkənin yeniyetmə cüdoçuları mübarizə aparıblar.

Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları medallar uğrunda yarışıblar. Daha çox medal qazanan Azərbaycan yığması (8 qızıl, 12 gümüş, 20 bürünc) ümumi hesabda 1-ci olub. Sonrakı yerləri Ukrayna (4 qızıl, 2 gümüş, 2 bürünc) və Özbəkistan (4 qızıl, 2 bürünc) komandaları tutublar. Fərqlənən cüdoçulara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.