Avropa Liqasının ən yaxşı futbolçusu müəyyənləşib

idman

64470

Avropa Liqasının ən yaxşı futbolçusu müəyyənləşib
UEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Xəbərlərtv "Report"-a istinadən xəbər verir ki, səsverməyə əsasən, yarışın qalibi - İspaniyanın "Atletiko" komandasının hücumçusu Antuan Qrizmann birinci olub.

O, bu ada namizd olan komanda yoldaşı Dieqo Qodinlə Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb.

Qeyd edək ki, qalibin adı Monakodakı Qrimaldi Forumda təşkil olunan Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkündən öncə açıqlanıb.